
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşıb.
Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.
Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.
Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli həmin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Nafta" (Sloveniya) - 3:0
Qollar: Andriç Komnen, 41, Roberto Lyubiçiç, 68, Mahir Emreli, 83