"Dedilər ki, pasport alsan belə, iki il Azərbaycanda yaşamalısan" - VİDEO+FOTOLAR

28 İyun 2022 02:40 Bizimkilər 977
"Dedilər ki, pasport alsan belə, iki il Azərbaycanda yaşamalısan" - VİDEO+FOTOLAR

Ukraynada yaşayan Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev Türkiyədə bir şouda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a tanınmış peşəkar kikboksçu özü deyib.

Onun sözlərinə görə, şouda 10 kişi və 10 qadın yarışacaq:

“Hazırda Türkiyənin Hatay şəhərindəyəm. Burada “Operasyon” adlı şou-yarışda iştirak edəcəyəm. Altı həftə burada olacağam. Bu gündən telefonlarımızı əlimizdən alacaqlar”.

O həmçinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edə bilməyəcəyini açıqlayıb:

“İslamiadaya getməyim alınmadı. Çünki təzə qaydalar qoyulub. Dedilər ki, Azərbaycan pasportu alsan belə, iki il Azərbaycanda yaşamalısan.

Halbuki pasportumu düzəltdirmişdim və kikboksinq üzrə Respublika çempionatının qalibi olmuşdum”.

Sözügedən yarışda cüdoçu İlkin Babazadə və MMA idmançısı Tünzalə İmanlı da iştirak edəcəklər. Yarışın ən yaxşı oyunçusu sonda 500 min lirə (təxminən 49 min manat) qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti