“Düşmənin qurduğu istehkamları bir anda keçdik” - Qalib ordunun zabiti

27 İyun 2022 02:30 Bizimkilər 715
“Düşmənin qurduğu istehkamları bir anda keçdik” - Qalib ordunun zabiti

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Silahlı Qüvvələr 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad olunub.

“Qafqazinfo” Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusunun mənsubları, Müdafiə Nazirliyinin zabitləri, Vətən müharibəsi iştirakçıları – Natiq Baxşıyev, Cavadov Rahib və Nağıyev Mirhəmid, həmçinin, Hərbi Dəniz Qüvvələrinin zabitləri Bayramov Telman və Bəkirov Hüseynlə həmsöhbət olub.

Hərbçilər keçdikləri döyüş yolları, o cümlədən, hazırkı fəaliyyətləri barədə məlumat veriblər:

Eldar Tanrıverdiyev

Video: Müzəffər İsmayılov



Digər Xəbərlər
Xəbər Lenti