Yeni klubu millimizin hücumçusu ilə anlaşdığını açıqladı

27 İyun 2022 00:50 Bizimkilər 1 391
Yeni klubu millimizin hücumçusu ilə anlaşdığını açıqladı

"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını İranda davam etdirəcək.

Milli komandamızın üzvü "Fulad"a keçib.

Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq