Mahir Emreli “Şkendiya” önündə necə təsir bağışladı? - VİDEO

27 İyun 2022 00:30 Bizimkilər 2 204
Mahir Emreli “Şkendiya” önündə necə təsir bağışladı? - VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xorvatiya klubu Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşıb.

Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub.

Start heyətdə meydana çıxan Emreli ikinci hissədə əvəzlənib.

"Dinamo" 2-ci sınaq matçını iyulun 1-də "Spartak"a (Trnava, Sloveniya) qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu