“Turan” qələbə qazandı, Emil Balayevə ehtiyac olmadı

27 İyun 2022 00:00 Bizimkilər 669
“Turan” qələbə qazandı, Emil Balayevə ehtiyac olmadı

Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kaspi"nin qonağı olub.

Matç Türküstan təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Emil Balayev bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı qolkiper 90 dəqiqə ehtiyat oyunçular skamyasında əyləşib.

Xallarını 15-ə yüksəldən "Turan" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti