Mahir Emreli sirli qutudur? – Haqqında yazdılar ki…

25 İyun 2022 11:20 Bizimkilər 1 556
Mahir Emreli sirli qutudur? – Haqqında yazdılar ki…

Xorvatiya mətbuatı "Dinamo" və Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.

Sportinfo.az “Index” portalına istinadən xəbər verir ki, həmkarlarımız Zaqreb klubunun transfer bazarında fəallıq nümayiş etdirməsini və bunun Emreliyə mümkün təsirini qabardıb:

"Dinamo" transfer periodunda kifayət qədər fəallıq nümayiş etdirir. Yayda Zaqreb klubu artıq üç transferi həyata keçirib.

Belə ki, Boşko Şutalo, Robert Lubiçiç və Yosip Drmiç artıq "Dinamo"dadı.

Mislav Orşiçin mümkün gedişi digər hücumçulara, o cümlədən, "Dinamo"da sirr olaraq qalan Mahir Emreli üçün də faydalı ola bilər.

Komandanın yeni baş məşqçisi Ante Çaçiçin Emreliyə güvənib-güvənməyəcəyi sual altındadı".

Digər Xəbərlər
Xəbər Lenti