Azərbaycanlı futbolçu Rusiyanın tanınmış klubunda

24 İyun 2022 11:20 Bizimkilər 2 078
Azərbaycanlı futbolçu Rusiyanın tanınmış klubunda

Tula "Arsenal"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Axmat"a keçəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Çempionat" nəşrinə vəziyyətlə tanış olan mənbədən məlumat daxil olub.

Moskva "Spartak"ının yetirməsi olan Quliyevin "Arsenal" ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Arsenal"ın heyətində 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Klub Rusiya Premyer Liqasını sonuncu pillədə başa vurub və "Rubin"lə birlikdə I Liqaya enib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq