"Azərbaycandan təklifləri var, lakin qayıtmaq fikri yoxdur, 3 variantdan birini seçəcək"

21 İyun 2022 15:00 Bizimkilər 1 041
"Azərbaycandan təklifləri var, lakin qayıtmaq fikri yoxdur, 3 variantdan birini seçəcək"

“Onun Azərbaycandan təklifləri var, lakin bura qayıtmaq fikri yoxdur “.

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.

O. agenti olduğu Fərid Nəbiyevin “Viktoriya”dan ayrılsa da, Çexiyada qalmaq ehtimalını yüksək qiymətləndirib.

Jijkov klubu 15 futbolçu ilə yollarını ayırıb. Onlardan biri də gənclər yığmamızın yarımmüdafiəçisidir.

“Viktoriya” geridə qalan mövsümdə Çexiyanın 2-ci divizionunda mübarizə aparıb, 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb.

Bu üzdən də, Fərid kimi əksər futbolçular komandadan ayrılmağa qərar verib. V.Heydərli bildirib ki, “Qəbələ“nin yetirməsi Çexiyanın birinci liqasından və iki başqa ölkənin klublarından transfer təklifi alıb:

“Hazırda onlarla danışıqlar gedir. Fərid karyerasını Avropada davam etdirmək istəyir.

Onun məqsədi oynaya biləcəyi komandaya getməkdir. Bu həftə təkliflərdən birini dəyərləndirəcəyik“.

Digər Xəbərlər
Xəbər Lenti