Bu klub aşağı liqaya düşdü, azərbaycanlı futbolçu ilə yollar ayrıldı

20 İyun 2022 17:20 Bizimkilər 1 223
Bu klub aşağı liqaya düşdü, azərbaycanlı futbolçu ilə yollar ayrıldı

Fərid Nəbiyev “Viktoriya”dan (Jijkov) ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Çexiya klubunun mətbuat xidməti məlumat yayıb.

İnformasiyada 15 futbolçunun növbəti mövsümdə bu komandanın uğurları üçün çalışmayacağı diqqətə çatdırılıb. Onlardan biri də azərbaycanlı yarımmüdafiəçidir.

“Viktoriya” geridə qalan mövsümdə Çexiyanın 2-ci divizionunda mübarizə aparıb.

Jijkov təmsilçisi 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. Bu üzdən də Fərid kimi, əksər futbolçular komandadan ayrılmağa qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq