Avropadakı azərbaycanlı istedadın taleyi necə olacaq? – YENİ XƏBƏR VAR!

19 İyun 2022 20:40 Bizimkilər 1 462
Avropadakı azərbaycanlı istedadın taleyi necə olacaq? – YENİ XƏBƏR VAR!

Fərid Nəbiyevin şərəfini qoruduğu “Viktoriya Jijkov” Çexiyanın ikinci liqasını tərk etdi.

Komandasının aparıcı futbolçularından sayılan 22 yaşlı yarımmüdafiəçinin karyerasını aşağı liqada davam etdirəcəyi inandırıcı deyil.

Jijkov təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədər olan Nəbiyevin məqsədi daha üst liqada və çempionatda oynamaqdır. Bunun üçün əsas məqsəd “Viktoriya” ilə yolların qarşılıqlı razılıq əsasında ayrılmasıdır ki, klub rəhbərliyinin problem yaradacağı inandırıcı deyil.

Fərid sərfəli təklif alarsa, jijkovlular gedişinə əngəl yaratmayacaq. Kiçik transfer məbləği ilə işi yoluna qoymaq mümkündür. Yetər ki, “Viktoriya”dan üstün kluba üz tutsun.

Hazırda bu yöndə müəyyən işlər görülməkdədir. Futbolçunun agenti Vaqif Heydərli müştərisinin xoş gələcəyi üçün Avropada axtarışa çıxıb.

Münasibət yeni iş yeri tapılmayacağı halda, Nəbiyevin Azərbaycana qayıdışı mümkündür. Lakin bu, ən son variant kimi nəzərdə tutulub. Çünki səbəbkarın özü də karyerasını ölkə xaricində davam etdirmək istəyir.

Fərid Nəbiyev başa çatan mövsümdə “Viktoriya”nın heyətində 23 oyunda 2 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!