Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Keçiörəngücü” növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, TFF I Lliqada çıxış edən təmsilçimizin komandası “Ankaragücü”nün qonağı olub.
Səfər oyununda “Keçiörəngücü” hesabı açıb. İlk yarıda fərqlənən qonaqlar üstünlüyünü qoruya bilməyib. Hər hissədə bir qol vuran Ankara klubu əzmkar qələbə qazanıb.
Vüsal bu görüşə start heyətində çıxıb. O, matçın 80-ci dəqiqəsində əvəzlənib.
18 oyunda 19 xal toplayan “Keçiörəngücü” turnir cədvəlində 16-cı sırada qərarlaşıb.

