Namiq ilin son matçında qələbəyə həsrət qaldı - VİDEO

26 Dekabr 2021 00:30 Bizimkilər 639
Namiq ilin son matçında qələbəyə həsrət qaldı - VİDEO

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Mənəmənspor”la qarşılaşıb. Yarımmüdafiəçimizin bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Bursaspor” 19 turdan sonra 19 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti