Azərbaycanlı futbolçulardan yalnız o Avropanın “Top-16”da yer aldı

25 Dekabr 2021 13:40 Bizimkilər 1 036
Azərbaycanlı futbolçulardan yalnız o  Avropanın “Top-16”da yer aldı

2021-ci ildə milli komandada ən çox qol vuran avropalı futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvələ UEFA-ya üzv olan 55 yığmanın ən yaxşı 16 bombardiri daxil edilib.

Siyahıya il ərzində millidə ən azı 7 qol vuranlar düşüb. “Top-16”nın zirvəsində Memfis Depay qərarlaşıb. Niderlandlı öz yığmasında 17 qola imza atıb.

Siyahıda Azərbaycan da təmsil olunub. Millimizin ən yaxşı bombardiri Emin Mahmudov Avropanın “Top-16”da yer alıb.

7 qol vuran yarımmüdafiəçi 14-16-cı yerləri bölüşür. Onun şərikləri Emil Forsberqlə Yoakim Mehledir.

1. Memfis Depay (Niderland) - 17
2. Harri Keyn (İngiltərə) - 16
3. Kriştiano Ronaldo (Portuqaliya) - 13
4-5. Romelu Lukaku (Belçika) - 11
4-5. Robert Levandovski (Polşa) - 11
6-8. Kərim Benzema (Fransa) - 9
6-8. Eran Zahavi (İsrail) - 9
6-8. Antuan Qrizmann (Fransa) - 9
9-13. Patrik Şik (Çexiya) - 8
9-13. Kilian Mbappé (Fransa) - 8
9-13. Vedat Muriqi (Kosovo) - 8
9-13. Aleksandar Mitroviç (Serbiya) - 8
9-13. Ferran Torres (İspaniya) - 8
14-16. Emil Forsberq (İsveç) - 7
14-16. Emin Mahmudov (Azərbaycan) - 7
14-16. Yoakim Mehle (Danimarka) – 7

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti