“Rüstəmin “Qarabağ”a keçidini yaxşı dəyərləndirirəm. Onun adına sevinirəm. Rüstəmə yeni klubunda uğurlar arzulayıram”.
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Minay”ın futbolçusu Eldar Quliyev deyib.
Ukrayna klubunda çıxış edən azərbaycanlı futbolçu Rüstəm Əhmədzadənin “Qarabağ”a keçidi barədə danışıb. Quliyev Ağdam klubunun yeni transferi ilə öncədən danışdığını bildirib:
“Məncə, Rüstəmin “Qarabağ”a keçidi irəliyə atılmış addım idi. Hər halda avrokuboklarda çıxış edəcək.
Rüstəmlə yaxşı münasibətimiz var, onun dostuq. Təbii ki, Rüstəmin “Qarabağ”a gedişi “Minay” üçün böyük itkidi".

