Sabiq "Qarabağ"lı Hindistandan gələn təklifə "yox" dedi - BU SƏBƏBDƏN

23 Dekabr 2021 23:40 Bizimkilər 2 518
Sabiq "Qarabağ"lı Hindistandan gələn təklifə "yox" dedi - BU SƏBƏBDƏN

Yaxın keçmişdə ölkənin ən üzdə olan futbolçularından sayılan Elvin Yunuszadə artıq 6 aydı klubsuzdur.

Təcrübəli futbolçumuza yerli klublardan maraq göstərən olmasa da, ölkə xaricindən müəyyən təkliflər gəlir.

Məsələn, sonuncu belə təklif Hindistan klubundan olub. Amma Yunuszadə təklifi geri çevirib. O, Hindistan çempionatında oynamağa müsbət yanaşmayıb.

Bunda başqa təklif olunan maliyyə şərtlərinin aşağı olması da "yox" cavabında böyük rol oynayıb. Yüksək məvacib vəd verilsə, 29 yaşlı futbolçu Hindistana belə getməyə razıymış. Hər halda o da başa düşür ki, Hindistan çempionatı belə evdə oturmaqdan pis deyil.

Xatırladaq ki, milli komandamızın da sabiq üzvü olmuş müdafiəçi ölkəmizdə "Qarabağ", "Neftçi", "Sabah", "Səbail" və "Keşlə"nin formasını geyinib.

Bundan başqa Şimali Makedoniyanın "Şkupi" və Bosniya Hersoqovinanın "Çelik" klublarında legioner həyatı yaşayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti