21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Ukrayna "Aleksandriya"sının yarımmüdafiəçisi Emil Mustafayev zədəsini sağaldıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Aleksandriya şəhərinin eyniadlı təmsilçisinin baş məşqçisi Yuri Qura klubun rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, 20 yaşlı oyunçu hazırda bərpa prosesi keçir:
"Tibbi xidmətimiz hər şeyi nəzarət altında saxlayır. Ümid edirik ki, bütün zədəlilər sıraya mümkün qədər tez qayıdacaq".
Emil Mustafayev Azərbaycan millisinin Norveçə 1:2 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə oyununda zədələnib.

