“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.
Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı futbol meneceri Vaqif Heydərli olub.
O bildirib ki, Türkiyə Super Liqasında oynaya biləcək səviyyədə futbolçularımız var.
Son vaxtlar bir sıra uğurlu transfer əməliyyatları həyata keçirən agent mahir Emrelinin “Legiya”da üzləşdiyi problemlərə də münasibət bildirib, onun geri qayıtmasını istəmədiyini deyib.
Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:
https://www.youtube.com/watch?v=EkMeB16nnd0&t=61s

