Polşadan qayıtdı, Azərbaycanda oynamaq istəyir

21 Dekabr 2021 22:20 Bizimkilər 2 512
Polşadan qayıtdı, Azərbaycanda oynamaq istəyir

“Bayrama görə vətənə qayıtmışam. 10 gündür Azərbaycandayam”.

Bu sözləri legioner həyatı yaşamaq üçün Polşaya yollanan, lakin son zamanlar klubsuz qalan Fuad Bayramov Sportinfo.az-a açıqlamasında bildirib.

Vaxtilə “İnter”lə “Keşlə”nin heyətindəki çıxışları ilə yadda qalan, 2018-ci ildə ölkə kubokunu qazanan 27 yaşlı yarımmüdafiəçi artıq 4-cü ildir Azərbaycanda oynamır.

Geridə qalan müddətdə, dəqiq desək, 2019-cu ildə Gürcüstanda “Rustavi”nin formasını geyinən Bayramov o vaxtdan böyük futbola həsrət qalıb.

Daha doğrusu, bu il Polşanın aşağı liqa təmsilçisi “Ostroveç-Şventokşisi” ilə anlaşsa da, orda da çox duruş gətirmədi.

Fuad gələcəyini Azərbaycanda gördüyünü deyib:

“Xeyli vaxtdır vətəndən kənarda idim. Düzü, əsas istəyim Azərbaycanda qalıb yenidən Premyer Liqada çıxış etməkdir.

Bunun üçünsə təklif olmalıdır. Təklif olsa, oynayaram. Xeyr, karyeramı Birinci Divizionda davam etdirmək fikrində deyiləm.

Şərait, peşəkarlıq, maliyyə, azarkeş amili baxımından arada böyük fərq var.

Təklif olmasa, sonrasına baxarıq. Hələ ki, gələcək haqda geniş danışmaq istəmirəm”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti