“Təkliflərim var, hazırkı klubum da qalmağımda maraqlıdır”

21 Dekabr 2021 19:40 Bizimkilər 1 084
“Təkliflərim var, hazırkı klubum da qalmağımda maraqlıdır”

"Zədəm gözlədiyimdən də tez sağaldı. Özümü yaxşı hiss edirəm".

Bunu Sportinfo.az-a açıqlamasında "Slaviya"da (Mozır) çıxış edən Ruslan Qurbanov deyib.

Belarus çempionatında mövsüm başa çatıb. Hücumçu aldığı zədə səbəbindən son 3 turu kənardan izləmək məcburiyyətində qaldı.

Görəsən, millimizin sabiq üzvü yeni mövsümlə bağlı nə düşünür? Klubda qalacaq, yoxsa başqa təklifləri var?

Qurbanova sualımıza cavab olaraq bunları deyib: "Bəli, təkliflərim var. Amma hazırkı klubum da qalmağımda maraqlıdır. Hər şey danışıqların gedişindən asılı olacaq".

Ölkəmizdə "Neftçi" və "Qəbələ" başda olmaqla bir çox klubların şərəfini qorumuş forvard avqust ayından Belarus təmsilçisinin şərəfini qoruyur.

O, arxada qalan 4 ayda 5 matçda forma geyinib və 2 dəfə rəqib torunu silkələməyi bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti