Tanınmış klubun şans verdiyi azərbaycanlı: "Xəyallarınızı yaşayın" - FOTO

21 Dekabr 2021 02:30 Bizimkilər 817
Tanınmış klubun şans verdiyi azərbaycanlı: "Xəyallarınızı yaşayın" - FOTO

Milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşov şəxsi instaqram hesabında "Şalke"nin əsas heyətində debüt etməsilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Dadaşov Helzenkirhen klubunun əsas heyətindəki debütü haqda bunları yazıb:

"Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdı. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə inanılmazdı.

Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin U-23 heyətindəki komanda yoldaşlarıma da minnətdaram.

Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!".

Millimizin üzvü 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turda “Nürnberq”lə görüşlərdə meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti