”Xaricdəki klublarla danışıqlar gedir” – Gürcüstanda çempionluq yaşayan hücumçu

19 Dekabr 2021 03:00 Bizimkilər 930
”Xaricdəki klublarla danışıqlar gedir” – Gürcüstanda çempionluq yaşayan hücumçu

Yeni başa çatan Gürcüstan 1-ci liqasında “Sioni”nin heyətində çempion olan Orxan Əliyev açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət yığma komandamızın sabiq hücumçusu qonşu ölkədəki çıxışını dəyərləndirib:

“Ölkə xaricində oynadığıma görə şadam. Komandama çempionluq titulunda kömək etməyimə görə də sevinirəm.

Yaxşı təcrübə oldu. Çətin mövsüm alındı. Qarşımıza yüksək məqsədlər qoyulmuşdu. Çempionluğa layiq idik”.

Əliyev, “Sioni”də qalıb-qalmayacağı ilə bağlı məsələyə isə belə cavab verib:

“Bir neçə klubdan təklif almışam. Hazırda hansı klublardan təklif aldığımı demək istəməzdim. Sadəcə, onu deyə bilərəm ki, ölkə xaricindəki klublarla danışıqlar gedir" (sportal.az)..

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti