Azərbaycan millisində oynamış Eddi İsrafilov "Luqo" ilə 2 aylıq müqavilənin müddətini uzatmayıb.
Noyabrda baxışa çağırılan və bəyənilən yarımmüdafiəçi öz gələcəyini Sequndanın adıçəkilən təmsilçisində görməyib.
İspaniyanın aşağı liqa klubu da 29 yaşlı orta sahə oyunçusunun bu addımına anlayış göstərib.
İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalmışdı.
2015-ci ildən Azərbaycan yığmasına dəvət alan Eddi son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda bu formanı geyinib.
SPORTİNFO.AZ

