Vüsal Türkiyədə 4-cü qolunu vurdu, “Ərzurum BB”ni zirvəyə buraxmadı - VİDEO

18 Dekabr 2021 18:00 Bizimkilər 1 222
Vüsal Türkiyədə 4-cü qolunu vurdu, “Ərzurum BB”ni zirvəyə buraxmadı - VİDEO

Türkiyə 1-ci liqasında növbəti turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" 18-ci turda "Ərzurum BB" ilə öz meydanında qarşılaşıb.

Ankara klubunu məğlubiyyətdən Vüsal İsgəndərli xilas edib. Onun qolu sayəsində matç 3:3 başa çatıb.

Meydana fasilədən sonra daxil olan İsgəndərli 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb, 90+7-ci dəqiqədə isə qol vurub.

Bu bərabərlik qolu “Ərzurum BB”ni liderliyə yüksəlməsinə mane olub. Bu, İsgəndərlinin Ankara təmsilçisindəki 4-cü çempionat qoludur.

17 turda 19 xal toplayan “Keçiörəngücü” 14-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti