UEFA iki azərbaycanlını irəli çəkdi, birini yerində saxladı

18 Dekabr 2021 01:00 Bizimkilər 795
UEFA iki azərbaycanlını irəli çəkdi, birini yerində saxladı

UEFA 2021/2022 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.

Sportinfo.az xəbər verir ki, əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir.

Bu səbəbdən, Azərbaycanın iki FIFA referisi - Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib.

Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.

Əvəzində elit hakimlər qrupuna 8 referi yüksəlib. Onların arasında Türkiyə Futbol Federasiyasından Halil Umut Meler və Hollandiyanı təmsil edən əslən türk ədalət təmsilçisi Serdar Gözübüyük də var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti