Azərbaycanlı futbolçunun atası dedi: “Allahın köməyi ilə istəyirik ki...”

17 Dekabr 2021 03:00 Bizimkilər 1 274
Azərbaycanlı futbolçunun atası dedi: “Allahın köməyi ilə istəyirik ki...”

21 yaşlılardan ibarət yığma komandamızın yeni üzvü Emil Mustafayevin zədələnməsi barədə xəbər vermişdik.

AÇ-2023-ün seçmə mərhələsinin Norveçlə Bakıdakı oyununda zədələnən yarımmüdafiəçi matçı vaxtından əvvəl tərk etmişdi.

Sportinfo.az xəbər verir ki, Kiyevdə uğurlu əməliyyat edilən Emil 1 aydan tez məşqlərə qayıtmayacaq.

O, minimum 1-1,5 ay məşqlərdən uzaq qalacaq. “Aleksandriya”da forma geyinən futbolçunun Ukrayna U-21 yığmasında da oynamaq şansı olsa da, AFFA-nın təklifini qəbul edərək Azərbaycana üstünlük verib.

Mustafayev hazırda zədədən sonra bərpa prosesini keçir. Sportal.az-a açıqlama verən futbolçunun atası Ramil Mustafayev Emilin hazırki durumu barədə danışıb:

“Hər şey yaxşı gedir. Emi hazırda evdədir və ayağını hərəkət etdirir. Allahın köməyi ilə istəyirik ki, yanvarda komanda ilə birlikdə toplanışa getsin. “Aleksandriya” oğluma güvənir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti