Lider Namiqin əhvalını bu cür korladı - TÜRKİYƏDƏN VİDEO

16 Dekabr 2021 20:20 Bizimkilər 1 512
Lider Namiqin əhvalını bu cür korladı - TÜRKİYƏDƏN VİDEO

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov Türkiyədə növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, onun formasını geyindiyi “Bursaspor” TFF I Liqasının XVII turunda “Umraniyespor”un qonağı olub.

26 yaşlı forvardın 90 dəqiqəni əvəz edilmədən keçirdiyi görüşdə bursalılar böyük hesabla məğlub olublar. Ev sahiblərinin 4 qoluna qonaqlar cəmi 1 təsəlli topu ilə cavab verib – 4:1.

Namiq də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 90 dəqiqə meydanda olub.

Bu qələbə ilə “Umraniyespor” 33 xalla liderliyi ələ keçiribsə, “Bursaspor” aktivində 18 xalla 15-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti