“Neftçi”dən getdi, fərqləndi, “Traktor”a qələbə qazandırdı

16 Dekabr 2021 02:00 Bizimkilər 1 270
“Neftçi”dən getdi, fərqləndi, “Traktor”a qələbə qazandırdı

“Traktor” İran çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, X turda “Naft”ı qəbul edən təbrizlilər 2:0 hesablı qələbə qazanıb.

Meydan sahibləri rəqibi hər hissədə bir dəfə mərkəzə dəvət edib. Əvvəlcə 16-cı dəqiqədə Reza Dehqani hesabı açıb.

90+2-ci dəqiqədə isə sabiq “Neftçi”li Saman Nərimancahan qarşılaşmada son nöqtəni qoyub.

Bununla mövsümdə 3-cü qələbəsini qazanan “Traktor” 11 xalla turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

“Traktor” növbəti matçını dekabrın 24-də keçirəcək. Təbrizlilər “Havadar”ın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti