Millimizin müdafiəçisini Türkiyəyə aparacaqlar

15 Dekabr 2021 01:50 Bizimkilər 969
Millimizin müdafiəçisini Türkiyəyə aparacaqlar

Millimizin müdafiəçisi Anton Krivotsukun formasını geyindiyi "Visla"nın (Plotsk) qış hazırlıq planı məlum olub.

Sportino.az xəbər verir ki, "Visla" yanvarın 7-də bir araya gələcək.

Komanda yanvarın 17-də Türkiyənin Bələk bölgəsinə yollanacaq və qış hazırlıqlarını orada davam etdirəcək.

Polşalılar yanvarın 19, 23 və 27-də yoxlama görüşləri keçirəcək.

Rəqiblər arasında "Rubin" və "Ludoqorets" var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti