Azərbaycanda jurnalistlər güzəştli kreditlərdən yararlana bilər

14 Dekabr 2021 18:30 Bizimkilər 672
Azərbaycanda jurnalistlər güzəştli kreditlərdən yararlana bilər

“Media haqqında” qanun layihəsində Media Reyestrinə daxil edilmiş şəxslər üçün bir sıra güzəşt və imtiyazların müəyyənləşdirilməsi təklif edilir.

Sportinfo.az layihədə təklif edilən bir sıra güzəştlərin siyahısını təqdim edir:

- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;

- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;

- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;

- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti