Polşa klubundan cavab gözləyən azərbaycanlı qapıçı vətənə qayıtdı

13 Dekabr 2021 23:20 Bizimkilər 888
Polşa klubundan cavab gözləyən azərbaycanlı qapıçı vətənə qayıtdı

"Səbail"dən ayrılandan sonra legioner həyatı yaşamaq üçün Polşaya yollanan həmyerlimiz Şahin Zəkiyev vətənə qayıdıb.

Buna səbəb Polşada yerli çempionatlara verilən fasilədir. Zəkiyev bir də yanvarın 10-u adıçəkilən ölkəyə qayıdacaq.

21 yaşlı qapıçı son olaraq "Mamry Gizycko" komandasının düşərgəsində olub və yoxlama görüşündə iştirak edib.

Amma futbolçumuzla hələ də müqavilə bağlanılmayıb.

Üçüncü liqa təmsilçisi qolkiperlər bağlı yekun qərarını yaxın günlərdə verməlidir. Cavab "yox" olsa belə Zəkiyev Polşaya qayıdıb özünə klub tapmağı düşünür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti