Millimizin hücumçusunun pərişan olduğu gecə - VİDEO

13 Dekabr 2021 09:00 Bizimkilər 1 019
Millimizin hücumçusunun pərişan olduğu gecə - VİDEO

Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti oyununu keçirib.

Dadaşovun komandası səfərdə “Vitoriya” ilə üz-üzə gəlib.

Matç qonaqların 5:2 hesablı qələbəsilə başa çatıb. Meydana start heyətində çıxan millimizin hücumçusu sona qədər oyunda olub.

​​Renatın komandası 61-ci dəqiqədə meydanda 10 nəfərlə qalıb. Hazırda “Tondela” 12 xalla 11-ci pillədədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti