Türkiyə 1-ci divizionunda 16-cı turun matçları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Bursaspor”un heyətində növbəti oyununu keçirib.
Onun komandası “Manisa” ilə üz-üzə gəlib - 1:1.
Matça start heyətində çıxan Ələsgərov 51-ci dəqiqədə komandasının yeganə qolunu vurub.
O, 86-cı dəqiqədə əvəzlənib. Bu, Namiqin mövsüm ərzində 4-cü qolu olub. Hazırda “Bursaspor” 18 xalla 14-cü pillədədi.

