Mahir “dib“ə vurdu - VİDEO

13 Dekabr 2021 00:40 Bizimkilər 3 583
Mahir “dib“ə vurdu - VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda yığmamızın digər üzvü Anton Krivotsyukun oynadığı Plotsk "Visla"sının qonağı olub.

Görüşdə "Legiya" minimal hesabla uduzub. Matçdakı yeganə qolu 36-cı dəqiqədə Mateus Svoç vurub.

A.Krivotsyuk cəzalı olduğu üçün sözügedən görüşdə iştirak etməyib. M.Emreli isə start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə Kasber Skibiçki ilə əvəzlənib.

"Visla" hazırda turnir cədvəlində 26 xalla 7-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 12 xalla 18-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti