"Legiya" Anton Krivotsyukun komandası ilə də bacarmadı

12 Dekabr 2021 22:40 Bizimkilər 887
"Legiya" Anton Krivotsyukun komandası ilə də bacarmadı

Bu gün Polşa Ekstraklassasında 18-ci tur çərçivəsində "Visla" (Plotsk) - "Legiya" (Varşava) oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, oyuna Anton Krivotsyuk - Mahir Emreli dueli baxımından maraq olsa da, Azərbaycan milli komandasının üzvlərinin Polşadakı qarşıdurması bu dəfə də baş tutmayıb.

Krivotsyuk "Stal"la son turun oyununda mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün oynamayıb.

Görüş "Visla"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mahir meydana start "11-lik"də çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

"Legiya" bu məğlubiyyətdən sonra sonuncu - 18-ci pilləyə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti