Namiqın qolu Bursada tribunaları bu cür coşdurdu - VİDEOLAR

12 Dekabr 2021 09:20 Bizimkilər 4 328
Namiqın qolu Bursada tribunaları bu cür coşdurdu - VİDEOLAR

Türkiyə I Liqasında 15-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Manisa" ilə qarşılaşıb.

Matç 1:1 başa çatıb. Namiq bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

O, komandasının yeganə qolunun müəllifi olub - 51-ci dəqiqədə fərqlənib. Həmyerlimizin qolu tribunaları əməlli-başlı coşdurub.

"Bursaspor" 18 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti