Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu XV turun "Manisaspor"la ev oyununda fərqlənib.
Meydana start heyətində çıxan Ələskərov 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Bununla da 15 oyundan sonra xallarını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə yer alıb. 16 oyundan sonra eyni xala malik "Manisaspor" isə 15-cidir.
Bu, Namiq Ələskərovun "Bursaspor"da 3-cü qolu olub.

