Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyədə növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin komandası “Keçiörengücü” TFF I Liqanın XVI turunda “Bandırmaspor”la üz-üzə gəlib.
Ankarada baş tutan qarşılaşmada “Keçiörengücü” erkən qolla hesabı açsa da, qonaqlar ikinci hissədə önə keçib.
Lakin drammatik alınan matçda ankaralılar qələbə qazanmağa müvəffəq olub.
89 və 90+7-ci dəqiqələrdə gələn qollar “Keçiörengücü”nü 3:2 hesablı qələbəyə daşıyıb. Matça ehtiyatdan başlayan Vüsal isə 59-cu dəqiqədə meydana daxil olub.
Bu qalibiyyət sayəsində xallarının sayını 17-yə çatdıran “Keçiörengücü” turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib.

