Səmədov Emrelinin komandasını incələdi: “Problemləri var”

7 Dekabr 2021 13:40 Bizimkilər 939
Səmədov Emrelinin komandasını incələdi: “Problemləri var”

“Spartak” və Rusiya millisinin əslən Azərbaycancandan olan sabiq futbolçusu Aleksandr Səmədov Avropa Liqasının 6-cı turunda Moskva klubunun “Legiya”ya qarşı oynayacağı oyundakı şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Səmədov millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi Varşava klubunun Polşa çempionatındakı uğursuz çıxışına da toxunub:

“Spartak”ın “Legiya” ilə görüşdə yaxşı şansları var. Amma çətin olacaq.

Polşa klubunun hazırda ölkə çempionatında düşmə zonasında olması, “Spartak”ın birmənalı şəkildə oyunun favorit olmasını göstərmir.

Avropa Liqasının ilk turu göstərdi ki, “Legiya” “Spartak”a qalib gəlmək iqtidarındadır.

Polşalılar 16-cı pillədə qərarlaşıbsa, demək ki, problemləri var. Amma bu, avrokubok oyununa təsir etməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!