Namiq Ələskərov: "Əsas məsələ bunun davamını gətirməkdir"

6 Dekabr 2021 10:40 Bizimkilər 700
Namiq Ələskərov: "Əsas məsələ bunun davamını gətirməkdir"

"Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.

Komandasının ikinci qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib:

"Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq".

Namiq Əsəlkərov mövsümün əvvəlində Bursa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti