Namiq Türkiyə klubunda ilk qolunu vurdu - FOTO

24 Oktyabr 2021 19:00 Bizimkilər 776
Namiq Türkiyə klubunda ilk qolunu vurdu - FOTO

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" TFF I Liqada növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “yaşıl timsahlar” X turda "Balıkesirspor"la üz-üzə gəlib.

Qarşılaşma "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Ələskərov 29-cu dəqiqədə görüşdə ilk qolun müəllifi olub.
Yarımmüdafiəçi 88-ci dəqiqədə əvəzlənib.

Bu, Ələskərovun Türkiyə klubunun heyətində vurduğu ilk qol olub. Millimizin üzvü əvvəlki matçlarda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xallarını 14-ə yüksəldən "Bursaspor" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi