Mahir: "Onu daha əvvəl tanımırdım, komanda yoldaşlarım dedi ki…"

21 Oktyabr 2021 11:00 Bizimkilər 2 245
Mahir: "Onu daha əvvəl tanımırdım, komanda yoldaşlarım dedi ki…"

"Onu Avropa çempionatı vaxtı görmüşəm, amma daha əvvəl tanımırdım.

Komanda yoldaşlarım dedi ki, "Napoli"də çıxış edir".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın futbolçusu Mahir Emreli İtaliyada "Napoli"yə qarşı keçirəcəkləri Avropa Lqiasının qrup oyunundan öncə Neapol təmsilçisinin yarımmüdafiəçisi Pyotr Zelinski barədə "sport.se.pl" saytına açıqlamasında deyib.

24 yaşlı hücumçu polşalı oyunçunun əla texnikaya malik olduğunu söyləyib: "Onun səviyyəli futbolçu olduğunu bilirəm. Ümid edirəm ki, öz həmyerlilərinə qol vurmaz".

Bu gün oynanılacaq "Napoli" - "Legiya" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti