Polşa mətbuatı Mahir haqda yeni məlumat yaydı – Başqa problem varmı?

13 Oktyabr 2021 11:20 Bizimkilər 1 153
Polşa mətbuatı Mahir haqda yeni məlumat yaydı – Başqa problem varmı?

"Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının XI turunda "Lex" (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək.

Sportinfo.az "Onet.pl" nəşrinə istinadən xəbər verir ki, buna 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxması səbəb olub.

Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb.

Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Mahir Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti