“Mahir bunu öyrənməlidir - Bu şeyləri oyun zamanı qavramaq lazımdır”

22 İyul 2021 16:40 Bizimkilər 1 225
“Mahir bunu öyrənməlidir - Bu şeyləri oyun zamanı qavramaq lazımdır”

"Legiya"nın (Polşa) baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Flora" (Estoniya) ilə matçdan (2:1) sonra Mahir Emreli haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Mixneviç görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:

“Tomaş Pexart komandaya gec qoşuldu. Emreli və Pexart birlikdə oynamağa öyrəşməlidirlər. Onların zamana ehtiyacı var.

Bir-birilərinə necə kömək edəcəklərini bilməlidirlər. İlk hissədə problemimiz var idi. Çünki bir-birlərindən uzaq oynayırdılar.

Pexart daha əvvəl Rafa Lopes ilə 3-5-2 sistemində oynayıb. Bu sistemin necə işlədiyini bilir. Emreli də bunu öyrənməlidir.

Bu şeyləri oyun zamanı qavramaq lazımdır. Çünki məşqdə bunun üçün çalışmağa kifayət qədər vaxt olmur”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM