Klublarımızın mümkün rəqibləri - Konfrans Liqasında püşk atılır

19 İyul 2021 13:20 Bizimkilər 1 359
Klublarımızın mümkün rəqibləri - Konfrans Liqasında püşk atılır

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşəcək.

II raundda İsrail "Aşdod"u ilə üz-üzə gələcək Ağdam klubu səpələnmişlər səbətində qərarlaşıb.

Serbiya "Çukariçki"si ilə cütlük təşkil edən "gənclik şəhəri" təmsilçisi və Rusiya "Soçi"si ilə qarşılaşacaq "Keşlə" isə səpələnməmişlər sırasındadır.

Əsas yol
III təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər

“Arda” (Bolqarıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Dinamo” (Batumi, Gürcüstan) - BATE (Belarus)
“Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya)
“Astana” (Qazaxıstan) – “Aris” (Yunanıstan)

Səpələnməmişlər

"Soçi" (Rusiya) - "Keşlə" (Azərbaycan)

5-ci qrup

Səpələnmişlər

“Apollon” (Kipr) – “Jilina” (Slovakiya)
“Suduva” (Litva) – “Rakov” (Polşa)
“Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
“Kopenhagen” (Danimarka) – “Torpedo-Belaz” (Belarus)

Səpələnməmişlər

“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan)

6-cı qrup

Səpələnmişlər

“Qarabağ” (Azərbaycan) - “Aşdod” (İsrail)

Səpələnməmişlər

AEL (Kipr) – “Vlajnia” (Albaniya)
“Panevejis” (Litva) – “Voyvodina” (Serbiya)
“Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya)

Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq

Digər Xəbərlər
Xəbər Lenti