Mahir Emreli: "Özümü “Qalatasaray” və ya “Barselona”da görürəm”

22 İyun 2021 14:00 Bizimkilər 1 946
Mahir Emreli: "Özümü “Qalatasaray” və ya “Barselona”da görürəm”

“Baş məqşçimiz Çeslav Mixneviç açıq insandır, onda qalib gələn düşüncə tərzi var”.

Sportinfo.az xəbər verir ki, bunu “Legiya”nın yeni transferi Mahir Emreli klubun rəsmi instaqram hesabında canlı yayım zamanı deyib.

Azərbaycan millisinin forvardı baş məşqçinin futbolçularla daim ünsiyyətdə olduğunu söyləyib:

“Oyunçularla çox yaxşı ünsiyyət qurur, hamı onu sevir. Bu, futbolçular üçün çox vacibdir. Əlbəttə, meydanda və ondan kənarda nə etməyiniz önəmlidir. Belə insan üçün meydanda ürəyinizi verə bilərsiniz”.

Maraqlıdır ki, Emreliyə anası Elnurə Emreli də sual ünvanlayıb. Anası özünün, yoxsa klubun aşpazının yeməklərinin daha dadlı olduğunu soruşub.

Futbolçu bu suala cavab verməyin çətin olduğunu vurğulayıb: “Diplomatik cavab verəcəm. Ənənəvi Azərbaycan yeməklərindən danışanda anamın hazırladıqları prioritetdir.

Bununla birlikdə idmançılar üçün faydalı yeməklərdən danışırıqsa, klubun aşpazını göstərəcəyəm”.

Mahir “Legiya”ya keçməzdən əvvəl klubun azarkeşlərinin iştirak etdiyi videolara baxdığını deyib: “Belə bir atmosferdə olmaq istərdim. “Legiya” fanatlarının stadionda şou göstərdiklərini eşitmişəm.

Düzü, burada olduğum birinci gündən azarkeşlərin önündə oynayacağım ilk matçı, qol vurmağımı və birlikdə əylənməyimizi səbirsizliklə gözləyirəm”.

O, 5 sevimli klubunun adlarını da açıqlayıb: “Gənc yaşlarımda ilk olaraq “Qalatasaray”ın oyunlarını izləmişəm. Həmçinin “Barselona”nı oyun tərzinə görə bəyənirəm.

Digərləri isə “Mançester Siti”, “Bavariya” və PSJ-dir. Çempionatlardan İspaniya La Liqasını sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm”.

Millimizin üzvü “2025-ci ildə özünüzü harada görürsünüz” sualı qarşısında gələcək hədəfindən söz açıb:

“Əlbəttə, bu beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"