Vahid 0:3 hesabı ilə geridə olsa da, ermənini məğlub etdi - VİDEO

18 May 2021 19:00 Bizimkilər 1 785
Vahid 0:3 hesabı ilə geridə olsa da, ermənini məğlub etdi - VİDEO

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.

Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əzmkar qələbə qazanıb - 6:3. Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.

Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda