“Qısa müddətdə belə təyinat alacağımı gözləmirdim”

8 Mart 2025 02:00 Bizimkilər 2 154
“Qısa müddətdə belə təyinat alacağımı gözləmirdim”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FIFA referisi Elçin Məsiyev bununla bağlı AFFA.az saytına fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Məsiyev təyinat haqda belə danışıb:

"Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir.

Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim.

Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq.

Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır".

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti