"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin "Adana Demirspor"a transferi rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə Türkiyə klubunun mətbuat xidmədi məlumat yayıb.
"Qarabağ" Şahruddin Məhəmmədəliyevi 2016-cı ilin yanvar ayında "Sumqayıt"dan transfer etmişdi.
Azərbaycan milli komandasının üzvü Ağdam təmsilçisinin heyətində 131 rəsmi matçda meydana çıxıb.