“Mənim məqsədim “Dinamo”da mohkəmlənmək idi., çünki bu klubun əhəmiyyətini bilirəm.
Amma sən ön planda olmayanda özün üçün daha yaxşı qərar qəbul etməlisən”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Vecernji” nəşrinə müsahibəsində deyib.
26 yaşlı hücumçu deyib ki, artıq hər şey geridə qalıb (keçmiş baş məşqçi Ante Çaçiçin onu daimi oynatmaması nəzərdə tutulur).
“İndi yeni baş məşqçi və mənim özümü göstərmək üçün şansım var. Hər şeyi edəcəyəm ki, məni klubuna gətirən insanların inamını doğruldum” - deyə M.Emreli bildirib.

